Zalujnı istefasından sonra ilk dəfə danışdı: Bundan sonra…

Zalujnı istefasından sonra ilk dəfə danışdı: Bundan sonra…

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı istefaya göndərilməsindən sonra ilk dəfə açıqlama verib.

AzerTimes xəbər verir ki, onun açıqlaması Teleqram kanalında yayılıb.

O, bundan sonra hər hansı postda təmsil olunmayacağını bildirib:

“Hazırda vəzifə tutmamağıma baxmayaraq, Ukraynanın hər bir müdafiəçisi qarşısında qürur və məsuliyyət hiss edirəm”.

Qeyd edək ki, ötən gün Ukrayna Prezidenti Vladimir Zelenskinin qərarı ilə V.Zalujnı Ukrayna SQ Baş komandanı vəzifəsindən azad edilib, yerinə quru qoşunları komandanı Aleksandr Sırski təyin edilib.

Teqlər: