Zalujnı düşməni Gerasimov haqda: Çox ağıllıdır

Zalujnı düşməni Gerasimov haqda: Çox ağıllıdır

Rusiya Baş Qərargahının rəisi Valeri Gerasimov insanların ən ağıllısıdır.

AzerTimes xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı “Taym” nəşrinə müsahibəsində deyib.

“Mən rus hərbi doktrinası ilə böyümüşəm və hələ də bütün hərb elminin Rusiyada olduğuna inanıram. Gerasimovun yazdığı hər şeyi oxumuşam. O, insanların ən ağıllısıdır və ondan gözləntilərim böyük idi”, – Zalujnı bildirib.

Onun sözlərinə görə, hələ də kabinetində Gerasimovun külliyatını saxlayır.

Ukraynalı komandan onu da qeyd edib ki, o, NATO elementlərini tətbiq etməklə Ukrayna Silahlı Qüvvələrini Rusiya və sovet standartları ilə yenidən qurmağa çalışır.

Qeyd edək ki, az öncə Zalujnının Gerasimova zəng etdiyi və İjevsjkdə orta məktəbdə şagirdlərin qətliamına görə ona başsağlığı verdiyi haqda məlumat yayılıb.

Teqlər: