Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması,
İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi, hazırda
həbsdə olan Zakir Sultanov istintaq təcridxanasından cəzaçəkmə
müəssisəsinə köçürülüb.
AzerTimes-ın məlumatına görə, sabiq xidmət rəisi Ədliyyə Nazirliyi
Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsinə
göndərilib.
Qeyd edək ki, Z.Sultanov Dövlət Təhlükəsizliyi Xidmətinin
keçirdiyi əməliyyat zamanı saxlanılıb. Z.Sultanova Cinayət
Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi
ilə ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətinə
azadlıqdan məhrum edilib. Hökmə əsasən, Mədəniyyət Nazirliyinin 5
milyon 327 min 900 manatlıq mülki iddiası təmin olunub.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Z.Sultanovun cəzası 11
ildən 5 il 6 aya endirilib.