Zakir Sultanov apellyasiya şikayəti verib

Xəbər - Samir Əli -Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilmiş Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

AzerTimes-ın məlumatına görə, təqsirləndirilən şəxs 5 milyon manat dəymiş ziyanı ödəməsini nəzərə alaraq, ikinci instansiya məhkəməsindən daha yüngül cəza təyin edilməsini xahiş edib.

Qeyd edək ki, Z.Sultanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.


Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Rafiq Bayramov 8 il azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə R.Bayramovun cəzası 8 ildən 4 il 6 aya endirilib.

Teqlər: