Zakir Həsənov EDGE şirkətinin stendində – Foto

Zakir Həsənov EDGE şirkətinin stendində – Foto

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən “Dubai Airshow 2023” beynəlxalq sərgisində nümayiş etdirilən BƏƏ-nin “EDGE” şirkətinin stendində nümayiş etdirilən silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.

Bu barədə AzerTimes-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Sərgi çərçivəsində şirkətin rəhbəri ilə keçirilən görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Teqlər: