Zahidanda 24 yaşlı gənc edama məhkum edildi

Zahidanda 24 yaşlı gənc edama məhkum edildi

İran məhkəməsi daha bir sünni məzhəbli etnik bəlucu edama məhkum edib.

AzerTimes xəbər verir ki, 24 yaşlı gənc həkim İbrahim Rigi müharibə və yer üzündə fəsad yaymaqda ittiham olunub.

Rigi haqqında irəli sürülən ittihamları qəbul etməyib. Məhkum hökmün icrasına qədər Zahidan həbsxanasına köçürülüb.

Qeyd edək ki, İran İnsan Hüquqları Təşkilatı 2021-ci ilin oktyabrından 2022-ci ilin oktyabrınadək ölkədə 528 nəfərin edam olunduğunu açıqlayıb.

Teqlər: