Zabuxda müəllim işləmək istəyənlərin nəzərinə!

Zabuxda müəllim işləmək istəyənlərin nəzərinə!

Yaxın günlərdə Laçın rayonunun Zabux kəndində Ə.Məmmədov adına Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayacaq.

AzerTimes xəbər verir ki, bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, Laçın rayon Ə.Məmmədov adına Zabux kənd tam orta məktəbində müəllim vəzifəsində çalışmaq istəyənlər üçün məktəbdə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, informatika, coğrafiya, ingilis dili, fiziki tərbiyə fənləri üzrə qeydiyyat prosesi başlayıb.

Son qeydiyyat tarixi noybarın 23-dür.

Qeydiyyatdan keçmək istəyən namizədlər bu linkə daxil olaraq müraciət edə bilərlər.

Teqlər: