“Zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi – Video

“Zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi – Video

Əlahiddə Ümumqoşun Orduda növbəti “Zabit hazırlığı kursu”nun uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.

Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən məlumat verilib.

Buraxılış mərasimində əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib.

Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Məhəmməd Həsənov məzunları təbrik edib və ölkəmizdə aparılan ordu quruculuğundan danışıb.

O söyləyib ki, Vətən müharibəsində qazanılan parlaq qələbədən sonra da Azərbaycan Ordusunun döyüş hazırlığı və psixoloji səviyyəsinin daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə bacarığının artırılması, maddi-texniki bazanın inkişaf etdirilməsi diqqətdə saxlanılır.

M.Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində doğma Naxçıvanda da hərbi infrastrukturun müasirləşdirilməsi üçün mühüm işlərin görüldüyünü diqqətə çatdırıb və kursu uğurlar bitirən gənclərin hər zaman dövlət qayğısından bəhrələnərək vəzifələrinin öhdəsindən layiqincə gələcəklərinə inandığını bildirib.

Mərasimdə digər çıxış edənlər ixtisas hazırlığı kurslarının əhəmiyyətindən danışıb, məzunlara xidmətlərində uğurlar arzulayıblar.

Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Kurs birincisi xatirə lövhəsinə buraxılış emblemini vurub və məzunların ixtisaslarına uyğun vəzifələrə təyin olunmaları ilə bağlı əmr mərasim iştirakçılarına çatdırılıb.

Əmr oxunduqdan sonra məzunların tribuna önündən təntənəli keçidi olub.

Teqlər: