Yüzlərlə yəhudi radikal Əqsa məscidinə soxulub

Yüzlərlə yəhudi radikal Əqsa məscidinə soxulub

Yəhudilərin Sukkot bayramının ikinci günündə yüzlərlə radikal yəhudi zəvvar Əqsa məscidinə soxulub.

AzerTimes xəbər verir ki, bu barədə SAFA agentliyi məlumat yayıb.

“Yəhudilərin Sukkot bayramının ikinci günündə yüzlərlə yəhudi ekstremist Əqsa məscidinə soxulub. Onlara İsrail qüvvələri dəstək verib”, – məlumatda deyilir.

Qeyd edək ki, mövcud status-kvoya görə, yəhudi zəvvarlar Qüdsdəki Məscidül-Əqsanın yerləşdiyi Məbəd dağına qalxa bilərlər, lakin müsəlmanların ziyarətgahları ərazisində dini ayinləri icra etməməlidirlər.

Teqlər: