Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Yuxarı Qarabağ su kanalının Mingəçevir şəhəri ərazisindən keçən
hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən
Trend-ə verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə
Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu
axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.