FHN: Ötən sutka 60 yanğına çıxış olub, 9 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə
düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii
və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində
fəaliyyətini davam etdirir.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon
xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları
tərəfindən ötən sutka ərzində 60 yanğına çıxış və 6 köməksiz
vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata
keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində
yanğınların operativ söndürülməsi, insanların həyatının xilas
olunması təmin edilib.

Fövqəladə Hallar Nazirliyindən
Trend
-ə verilən məlumata görə, ümumilikdə, FHN-in qüvvələri
tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 9 nəfər xilas
edilib, yanğın zamanı 1 nəfər xəsarət alıb.

Həmçinin, Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu,
Beşdam kəndi ərazisindən keçən hissəsində batan 1989-cu il
təvəllüdlü Müzəffərov Sənan Abdul oğlunun meyiti dalğıc-axtarış
qrupu tərəfindən batdığı yerdən təqribən 30 km aralıda tapılaraq
kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Teqlər: