Yutubun rəhbəri Syuzan Voyçintski postundan istefa verib.
AzerTimes xəbər verir ki, bu barədə Voyçintski əməkdaşlarına göndərdiyi elektron məktubunda deyib.
“Mən Yutub rəhbəri kimi vəzifəmi tərk etmək və ailə, sağlamlıq və şəxsi layihələrə fokuslanan yeni fəsil açmaq qərarına gəldim”, – o bildirib.
Qeyd edək ki, S. Voyçitski 9 il bu postda olub.