Onların hücum potensialı çox yaxşıdır – Qurbanov

Onların hücum potensialı çox yaxşıdır – Qurbanov

Futbolçularıma təşəkkür edirəm. Bu gün meydanda sonadək mübarizə aparan kollektiv gördüm.

AzerTimes xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Belçika “Gent”inə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçından sonra mətbuat konfransında deyib.

“Dinamik rəqibə qarşı çıxış edirdik. Bu cür komandalara həmişə hörmətlə yanaşıram. Çox sürətli oynayırdılar. Onlara qarşı mübarizə aparmaq böyümək üçün şansdır”, – Q.Qurbanov söyləyib.

Baş məşqçi rəqibin aqressiv pressinq etdiyini vurğulayıb: “Bu səbəbdən uzun toplar üzərində çox çalışmışdıq. Onların hücumda potensialı çox yaxşıdır”.

Teqlər: