Yunus Oğuzun “Cığır” romanı tamamlandı

Yazıçı-publisist Yunus Oğuzun Şuşa şəhərinin inşa edilməsinin
270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş “Cığır”
tarixi romanı tamamlanıb.

Trend xəbər verir ki, bu barədə Yunus Oğuz bildirib.

Onun sözlərinə görə, bu tarixi roman Pənahəli xanın Şuşanı inşa
etdirməsindən başlayaraq, ta 8 noyabr 2020-ci il – Şuşanın işğaldan
azad edilməsinədək olan dövrü əhatə edir.

“Əsərdəki bütün obrazlar, əsasən öz isimləri ilə
adlandırılıb.Roman obraz çoxluğu və zənginliyi ilə də seçilir. Belə
ki, Pənahəli xandan başlayan əsərin qəhrəmanları Ali Baş Komandan
da daxil olmaqla, məmurlar, adi insanlar, əsgərlər, generallar, bir
sözlə xalq bu romanda yer alıb. Düşmən obrazları da yaddan
çıxmayıb. Belə ki, Ter-Petrosyan, Paşinyan, Tonoyan və başqalarına
da əsərdə yer ayrılıb. Romanın əsas qayəsi “Cığır”dan başlayan
Şuşanın “Zəfər yolu”na qədər uzun məsafə qət etməsidir”, – deyə o
əlavə edib.

Teqlər: