“Özünüməşğulluğumuz üçün ömürboyu öyrənək” layihəsi çərçivəsində təlimlər keçirilib (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyinin Göyçay Peşə Hazırlığ Mərkəzində
“Özünüməşğulluğumuz üçün ömür boyu öyrənək” layihəsi çərçivəsində
gənclər üçün təlimlər keçirilib.

Gənclərə “Ömür boyu təhsil”, “Ömür boyu öyrənmə”, özünüməşğulluq
proqramı, çevik peşələrə yiyələnməyin önəmi, gənclər üçün biznes və
məşğulluq imkanları, həmçinin sosial sahibkarlıq, aqroturizm və
digər mövzularda təlimlər keçirilib. 2 gün davam edən təlimlərdə
həmçinin uğurlu gənclərin təcrübələri barədə məlumat verilib,
maarifləndirici materiallar paylanılıb.

Təlimlərin sonunda gənclərə Göyçay Peşə Hazırlığı Mərkəzinin
fəaliyyət istiqamətləri, işəgötürənlərlə əməkdaşlıq çərçivəsində
həyata keçiriləcək kurslar barədə məlumat verilib.

Teqlər: