Yunanlar bu adalara qoşun yerləşdirdi – Foto

Yunanlar bu adalara qoşun yerləşdirdi – Foto

Yunanıstan Midilli və Rodos adalarında hərbi təlimlər keçirib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, silahsızlandırılmış statusda olan hər iki adada təlimlər 2 gün davam edib.

Midillidə keçirilən təlimdə “Kiova”, “Apaçi” hücum helikopterləri, tank və artilleriya bölmələri iştirak edib.

Bundan əlavə, ABŞ-ın hədiyyə etdiyi 1200 ədəd M1117 zirehli texnikanın bir qismi təlimdə yer alıb.

Rodosda keçirilən təlimdə isə “RM 70” reaktiv yaylım atəşi sistemindən istifadə edilib.

Teqlər: