Yunanıstanın təcavüzkar hərəkətləri və çıxışları hələ də davam edir. Biz onların bu ərköyünlüyünə həmişə və hər yerdə cavab vermişik, bundan sonra da verəcəyik.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.
“Yunanıstanın beynəlxalq hüququ, mehriban qonşuluq münasibətlərini, dostluqları heçə sayaraq etdiyi hərəkətləri yaxından izləyirik. NATO və üçüncü ölkələr də Yunanıstanın nə etdiyini görməlidir və bu məsələdə obyektiv olmalarını gözləyirik. Onlar bilməlidir ki, buradakı hərəkətlər, dostluq və ya ittifaqla bağlı deyil. Türkiyə olaraq NATO və müttəfiqlərimizə yük yox, onların yükünü götürən ölkə olaraq işimizi davam etdiririk” , – Akar bildirib