Qarabağdakı separatizmin günüdür – Xalqımızı təbrik edirəm

Qarabağdakı separatizmin günüdür – Xalqımızı təbrik edirəm

2 sentyabr 1991-ci il – Qarabağdakı erməni terrorçuların “müstəqilliyini” elan etdiyi gündür.

Bu günlə bağlı Ermənistan Baş naziri Nikol Paşinyanın təbrik məktubu yayılıb, deyir ki, bu qərar “Bakıda, Sumqayıtda, Kirovabadda (Gəncə yazmır) törədilən qırğınların təzahürü olan “ekzistensial təhlükəyə” cavab idi. Bu qərar artsax (Qarabağ yazmır) ermənilərinin təhlükəsizliyinin və hüquqlarının müdafiəsi üçün təminat kimi qəbul edilib”.

Təbrik məktubunda Paşinyan Birinci Qarabağ savaşı, Aprel savaşı və nəhayət, 44 günlük müharibəni xatırladır, ermənilərin hələ də “Dağlıq Qarabağ”da yaşamasına diqqət çəkir və s.

Paşinyan, ermənilərə hansı təhlükə vardı, ermənilər Azərbaycanda hansı təzyiqlə üzləşmişdi, hansı təhlükəsizlikləri təhdid olunmuşdu və bu qəbul etdiyiniz qərarın 31 ildən sonra tarixi nəticəsinin nə olduğunu doğrudanmı dərk etmirsiniz?

Hər kəsə məlumdur ki, separatizm 1988-ci ilin fevralında Xankəndidə hərəkat olaraq başlamışdı və ilk dəfə olaraq sovet dövlətində separatizm aktiv şəkildə küçəyə çıxmışdı. Bütün fəsadlar da ordan başlamışdı, ilk qan – iki azərbaycanlının qətlə yetirilməsi də həmin zaman baş vermişdi. Bunun ardınca Ermənistanda yaşayan 300 min azərbaycanlının qovulması, onların kütləvi şəkildə soyqırıma məruz qalması prosesi start götürmüşdü. 1991-ci il 3 ildir aşkar, onillərdir gizli aparılan separatizmin eybəcər nəticəsi idi.

Buna qədər azərbaycanlıların indi “Ermənistan” adlanan tarixi Azərbaycan torpaqlarından 4 dəfə deportasiyası həyata keçirilmişdi.

Bunun ardınca Azərbaycan torpaqlarının işğalı gizli-gizli, addım-addım davam etdirilmişdi.

1991-ci ilin 2 sentyabrı azərbaycanlılara nə verdi?

Ermənilərin Azərbaycan respublikası və xalqının içərisində dəhşətli bir qarayara olduğu tam çılpaqlığı ilə üzə çıxdı. Yoxsa biz – xüsusilə o dövrün gənc nəsli Azərbaycan torpaqlarında qurulan erməni dövləti və Azərbaycanın qəlbində qurulan erməni muxtar vilayətinə, 4 dəfə deportasiyaya baxmayaraq, ermənilərlə “qardaş” kimi böyüdülürdük.

1991-ci il statistikasında Qarabağda 145 min erməni yaşayırdı, vilayətdə erməni dili, əlifbası aktiv idi; orta və ali məktəblər ermənicə, vilayətin içərilərində küçə, tin, dalan, mağaza adları, yol nişanları… ermənicə; Şuşa istisna olmaqla, rayon rəhbərləri və vilayət başçısı erməni…

Azərbaycanın dövlət büdcəsindən hər il külli miqdarda dotasiya alan vilayətdə ermənilər elə hüquqda yaşayırdılar ki, heç Ermənistanda o hüquqları yox idi!

Azərbaycanın hər yerində ən “açar” vəzifələrdə ermənilər yerləşmişdi: Bakının mərkəzi hissələrində ermənilər yaşayırdı, azərbaycanlı tələbələr öz ölkələrinin paytaxtında erməni evlərində kirayədə qalırdılar; Bakıda raykom katibi də daxil olmaqla, ermənilər ən yüksək və pullu vəzifələrdə çalışırdılar; gizli sexlər işlədirdilər, sovet qadağasına baxmayaraq, alver edirdilər; Bakıda “ən yaxşı, ən bahalı, ən bərkgedən” ustalar ermənilər idi…

Erməni musiqiçilər balabanı, kamançanı da mənimsəmişdilər – Bakı toylarında aparıcı “manıslar” idilər; iş o yerə çatmışdı ki, Boka Bakının ən elit müğənnisi olmuşdu – milyonlar qazanırdı, azərbaycanlıların “elitası” toylarına yalnız Bokanı dəvət edirdi, Bokanın bakılıların mahnısını mənimsəməsi, bir qədər də erməniləşdirməsi sayəsində Azərbaycan mədəniyyəti aşındırılırdı.

Ermənilər nə etmirdi ki? Torpağımızı oğurlayıb, özlərinə dövlət yaratmışdı, tariximizi oğurlayıb özlərinə tarix uydurmuşdu, alban kilsələrini mənimsəyib, özlərinə “ilk xristian xalqı” imici formalaşdırmışdı, rəqsimizi, xalq musiqimizi, hətta bəstəkar mahnılarını oğurlayıb, “qədim xalq” olmuşdu.

Bizsə “qulaqlarımızı sallayıb” susurduq, yox, susmurduq, erməniləri özümüzə kirvə tutub, süfrəmizin başına keçirirdik.

Azərbaycanı alaq kimi basmışdı ermənilər – hər yerdə, hər sahədə vardılar, bizə nifrət edərək sərvətimizi, mədəniyyətimizi, torpağımızı, suyumuzu mənimsəyirdilər. Yeri gələndə də “üz vurmaqla” biqeyrət raykomlardan otlaq sahələrini qoparırdılar, min hektarlarla əraziləri ələ keçirməkdə davam edirdilər.

Bu idi ermənilərin siyasəti və bizim bimilli günümüz!

Nə yaxşı 88-ci il hadisələri baş verdi, nə yaxşı 1991-ci il 2 sentyabr separatizmi ilə ermənilər özlərini ifşa etdilər!

Məhz bu gün Azərbaycan xalqına tam şəkildə, bir əsrdə onmininci dəfə aydın oldu ki, ayrı-ayrı separatçı, tək-tük rəhbərlərin vicdansızlığı-zadı yoxdur: sadəcə, bütövlükdə erməni xalqı azərbaycanlıların qanına susayıb; bütövlükdə ermənilər azərbaycanlıları məhv etmək, yer üzündən silmək istəyir.

Məhz bu gün aydın oldu ki, ermənilərin azərbaycanlılara qarşı nifrəti qanlarına işləyib, süfrəmizin başına keçirdiyimiz bu ermənilər qanımıza susayıb.

Toparlandıq! Toparlanınca saflığımızın, sadəlövhlüyümüzün cəzasını da çəkdik – torpaqlarımızdan didərgin düşdük, şəhidlər verdik, illərlə zülmlər çəkdik.

Ancaq ayağa qalxdıq və 30 ildən sonra torpaqlarımıza qayıtdıq!

1991-ci ildə Qarabağda 145 min erməni yaşayırdı – indi 27 mindir.

1991-ci ildə ermənilərin Azərbaycanda muxtar vilayəti vardı – indi qurbanolduğum ermənilərin “statuslarını” cəhənnəmə yerləşdirməklə məşğuldur!

1991-ci ilə qədər ermənilərə bütün mədəni irsimizi mənimsəmək üçün şans tanımışdıq – indi “Sarı gəlin”ə, “Uzundərə”yə qədər mübarizə aparırıq.

Əgər 1988-ci ildəki hərəkat olmasaydı, indiki Azərbaycanı və Bakını təsəvvür edirsinizmi? Ermənilərin Bakıda necə at oynadacaqlarını təxmin edə bilirsinizmi?

Yaxşı ki, 1988 fevral, 1991 sentyabr separatizmi baş verdi; yaxşı ki, gizli düşmənçiliyi açığa keçirdilər; yaxşı ki, açıq-aşkar, üz-üzə savaşa qalxdılar. Yoxsa biz 4 deportasiyada 1,5 milyon insanın ölüb-itməsini elə “qəşəngcə” yaddan çıxarmışdıq ki; yoxsa biz bu ölüm-itimləri taleyin və Stalinin adına yazıb, ermənilərə elə sarılmışdıq ki!

Əslində, 2 sentyabr – ermənilərin ifşa günüdür!

2 sentyabr – Azərbaycanla bütün sahələrdə, bütün istiqamətlərdə aparılan gizli müharibənin bitdiyi, açıq müharibənin rəsmən elan edildiyi gündür!

2 sentyabr –nəhayət, heç bir danışıqla ermənilərin haqqı-hüququ tanımayacağını hər kəsə bəlli etdiyi, türk qanına susadığını nümayiş etdirdiyi gündür!

Biz 2 sentyabrda qoynumuzda onillərdir ilan bəslədiyimizi və bu ilanın “ağı və qarası”nın olmadığını anladıq!

Bu gün münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm! Bu günün sayəsində gözümüz açıldı, dövlətimizə, torpağımıza, milli irsimizə, mədəniyyətimizə sahib çıxmağı öyrəndik!

İnşallah ki, bir daha heç vaxt unutmarıq!

İnşallah ki, gələcək nəsillərimiz bir daha, əbədi olaraq ermənilərə bir daha etibar etməz, onları kirvə tutmaz və başa keçirməz!

İnşallah ki, ermənilərin canımıza, xalqımıza, Vətənimizə, torpağımıza vurduğu yaraları sağaltsaq da, yaddaşımızdan qəti silmərik!

Teqlər: