Yunanıstanın baş naziri Türkiyəni hədələdi

Yunanıstanın baş naziri Türkiyəni hədələdi

Yunanıstanın sərhədlərini pozan istənilən ölkə cəzalandırılacaq.

AzerTimes xəbər verir ki, bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis məlumat yayıb.

“Hər kim sərhədləri pozarsa, cəzalandırılacaq. 21-ci əsrdə başqa dövrlərin imperiya baxışlarına yer yoxdur. Problemlər sülh yolu ilə və beynəlxalq hüquq normalarına uyğun həll edilir. Bunu xalqlarımız tələb edir və bəziləri sadəcə olaraq mövcud olmayan yerdə düşmən uydurmaqla öz ictimaiyyətinin təsəvvürlərini zəhərləməyə çalışsalar, bu, böyük səhvdir”, – siyasətçi bildirib.

Mitsotakis qeyd edib ki, Yunanıstan öz təhlükəsizliyini gücləndirmək üçün dəniz qüvvələrini artırmaq qərarına gəlib.

Teqlər: