Ankara F-16 qırıcılarının Türkiyəyə satışı prosesində ABŞ-ın
Afinanın qeyri-konstruktiv mövqeyini nəzərə almadan hərəkət
edəcəyinə ümid edir.
Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan ölkəsinin Nazirlər Kabinetinin iclasından sonra
telemüraciətində deyib.
R.T.Ərdoğan əlavə edib ki, Ankara Türkiyə-Yunanıstan Strateji
Şurasının iclasını Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin
ABŞ rəhbərliyi ilə danışıqlar zamanı Türkiyə əleyhinə bəyanatlarına
görə keçirməyəcək.
“Biz Yunanıstanla Strateji Şuranın iclasını keçirəcəkdik. Amma
Mitsotakis mənim üçün artıq yoxdur. Onunla görüşdən imtina edirəm”,
– deyə R.T.Ərdoğan bildirib.