Mingəçevirdə birmərtəbəli ev yanıb

Mingəçevir şəhərində ümumi sahəsi 155 m² olan bir dam altında
bir-birinə bitişik tikilən kürsülü, 2 ailəyə məxsus birmərtəbəli
evlərdən (tavanı saman və qamışdan ibarət) sahəsi 70 m² olan evin
yanar konstruksiyaları və ev əşyaları, sahəsi 85 m² olan evin dam
örtüyü və tavanı 10 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından
mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: