Yunanıstanı meşə yanğınları cənginə aldı

Yunanıstanı meşə yanğınları cənginə aldı

Yunanıstanın Pelopones yarımadasının şimal-qərbində güclü meşə yanğını davam edir.

AzerTimes xəbər verir ki, yanğın Axaya şəhəri yaxınlığındakı Elis (İlyas) bölgəsində baş verib. Yaşayış binalarına birbaşa təhlükə yarandığından 4 yaşayış məntəqəsinin sakinləri təxliyə edilib. 195-dən çox yanğınsöndürən, 7 piyada qrupu və 48 xüsusi texnika yanğınla mübarizə aparır.

Bundan əlavə, meşə yanğınının söndürülməsinə helikopterlər və təyyarələr də cəlb olunub.

Teqlər: