Yunanıstandakı qatar qəzasının səbəbi bəlli oldu

Yunanıstandakı qatar qəzasının səbəbi bəlli oldu

Yunanıstanın Larisa şəhəri yaxınlığındakı qatar qəzasının səbəbi bəlli olub.

AzerTimes xəbər verir ki, bu barədə Yunanıstanın ERT-1 telekanalı məlumat yayıb.

Məlumata görə, qəzadan dərhal sonra saxlanılan Larisa şəhər vağzalının rəisi səhvə yol verdiyini etiraf edib:

“Mən səhvə yol verdim və minik qatarını Katerinidən gələn yük qatarı ilə eyni relslə yola saldım”.

Qeyd edək ki, Yunanıstanda qatarların toqquşması nəticəsində 36 nəfər ölüb.

Teqlər: