Yunanıstanda yanğınsöndürən təyyarə qəzaya uğrayıb

Yunanıstanda “Petzetel” yanğınsöndürən təyyarəsi qəzaya uğrayıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, qəza nəticəsində ölən olmayıb, pilotun vəziyyəti yaxşıdır.

Məlumata əsasən, təyyarə Zakinf adasında yanğınların söndürülməsində iştirak edirmiş.

Qəzanın səbəbi barədə məlumat verilmir. İnsidentlə bağlı araşdırma aparılır.