Yunanıstanda təlim keçən terrorçu İstanbulda tutuldu

Yunanıstanda təlim keçən terrorçu İstanbulda tutuldu

Yunanıstan və İraqda təlim keçən PKK/KCK terrorçusu Ünal G. İstanbulda saxlanılıb.

AzerTimes xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

Türkiyə polisi tərəfindən axtarışda olan şübhəli şəxs 2021-ci ildə qanunsuz yolla Yunanıstana keçib, oradakı düşərgələrdə terror təşkilatı adına fəaliyyət göstərib, daha sonra isə İraqa gedərək PKK/KCK-nin təlimlərində iştirak edib.

Şübhəli şəxs eyni pasportla Şırnakdan Türkiyəyə daxil olduqdan sonra İstanbula gəlib. Polisin əməliyyatı çərçivəsində İstanbulda ələ keçirilib.

Qeyd edək ki, Ünal G. İraqda fəaliyyət göstərən zaman “Hebun”, Yunanıstanda isə “Senar” kod adlarından istifadə edib.

Teqlər: