Yunanıstanda radarlardan itən təlim təyyarənin axtarışları gedir

Yunanıstanın Yanina şəhəri yaxınlığında yerləşən Şərqi Zagori bölgəsində təlim təyyarəsi radar ekranlarından itib.

AzerTimes-ın məlumatına görə, bu barədə Afin Makedon xəbərlər agentliyi bildirib.

Məlumata əsasən, təyyarədə yalnız bir pilot olub.

Növü dəqiqləşdirilməyən təyyarənin axtarışı Yunanıstan Hərbi Hava Qüvvələri, yanğınsöndürmə xidməti bölmələri, təbii fəlakətlərlə mübarizə üçün xüsusi bölmədən olan alpinistlər, polis bölmələri, Qırmızı Xaç və həmçinin könüllülər tərəfindən aparılır.