Yunanıstanda peyvənd olunmayanlara qarşı yeni məhdudiyyətlər tətbiq edilir

Yunanıstan hakimiyyəti koronavirusa qarşı peyvənd olunmamış vətəndaşlar üçün yeni məhdudiyyətlər tətbiq edib.

AzerTimes-ın məlumatına görə, noyabrın 22-dən peyvənd olunmayan vətəndaşlar qapalı məkanlarda yerləşən ictimai yerlərə (kinoteatr, muzey, idman zalları) gedə bilməyəcəklər.

Məlumata əsasən, sözügedən yerlərə koronavirus testinin cavabı mənfi olan vətəndaşlar da gedə bilməyəcək.


Yunanıstanın baş naziri Kiriakos Mitsotakis bildirib ki, məhdudiyyətlər insanları peyvənd etməyə cəlb etmək üçün sərtləşdirilib.