Yunanıstanda Pekin Qış Olimpiya Oyunlarının məşəli yandırılıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Yunanıstanda 2022-ci il Qış Olimpiya Oyunlarının məşəli yandırılıb.

Trend-in məlumatına görə, mərasim paytaxt Afina yaxınlığındakı qədim Olimpiya bölgəsində baş tutub.

Mərasimdə Yunanıstan prezidenti Katerina Sakellaropulu, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və digər rəsmi şəxslər iştirak ediblər.


Məşəl qədim olimpiya stadionundan Akropola aparıldıqdan sonra sabah Çin nümayəndəsinə təhvil veriləcək və Pekinə çatdırılacaq.

Qeyd edək ki, 24-cü Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək Pekində keçiriləcək.

Teqlər: