Yunanıstanın Mera 25 Partiyasının sədri Yanis Varoufakis paytaxt Afinada hücuma məruz qalıb.
AzerTimes xəbər verir ki, partiya sədri restorandan çıxarkən bir neçə şəxs tərəfindən döyülüb.
İnsident zamanı Y.Varoufakisin burnu sınıb.
Hücumu törədən şəxslərin axtarışı davam etdirilir.
Qeyd edək ki, Yanis Varoufakis Yunanıstanın iqtisadiyyat naziri vəzifəsində də çalışıb.