Çinin yeni baş naziri seçildi

Çinin yeni baş naziri seçildi

Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun daimi üzvü Li Çian Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının illik sessiyasında Çin Xalq Respublikasının Dövlət Şurasının sədri (Baş nazir) vəzifəsinə təyin olunub.

AzerTimes xəbər verir ki, martın 11-də keçirilən plenar iclasda qanunvericilər ÇXR Sədri Si Szinpinin təklifi əsasında Li Çianın Baş nazir vəzifəsinə namizədliyini təsdiqləyiblər. Li Çian Baş nazir kimi and içib.

Qeyd edək ki, martın 5-də işə başlayan 14-cü çağırış Xalq Nümayəndələri Yığıncağının illik sessiyasında bütün Çin üzrə 3 minə yaxın nümayəndə iştirak edir.

Teqlər: