Yanğınsöndürənlər Yunanıstanda 154 meşə yanğını ilə mübarizə aparır. Burada son sutka ərzində 98 yanğın ocağı yaranıb.
AzerTimes-ın məlumatına görə, bu barədə növbədənkənar brifinq zamanı Vətəndaşları Müdafiəsi İşləri üzrə naziri Nikolas Hardalias bildirib.
Onun sözlərinə görə, yanğınlar Parnita dağında və “Marafon” adlı ərazidə hələ də davam edir:
“Son 24 saat ərzində 98 yeni yanğın baş verib və bu gün mülki müdafiə qüvvələri bütün ölkə ərazisində 154 yanğını söndürüb”.
Nazir bildirib ki, ən təhlükəli yanğınlar Attika bölgəsində, Evbeya adasında, İliya (Elida) bölgəsində qeydə alınıb.
O, hakimiyyətin yanğınları söndürmək üçün bütün imkanları səfərbər etdiyini vuğrulayıb.