Cənubi Sandviç Adaları sahillərində 5,9 bal gücündə zəlzələ baş verib

Cənubi Sandviç Adaları sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Çilinin Punta Arenas şəhərindən 2761,5 km şərqdə olub. Zəlzələnin ocağı 34,1 kilometr dərinlikdə yerləşib.

Sunami təhlküəsi barədə məlumat verilməyib.

Cənubi Sandviç Adalarında daimi əhali yoxdur.