Yunanıstan Ukraynaya qoşun göndərəcəkmi?

Yunanıstan Ukraynaya qoşun göndərəcəkmi?

Yunanıstanın Ukraynaya qoşun yeritməsi mümkünsüzdür.

AzerTimes xəbər verir ki, bunu Yunanıstan xarici işlər naziri Georgos Gerapetritis bildirib.

“Parisdə Kiyevə yardımı artırmaq yolları nəzərdən keçirildi, lakin mən aydınlaşdırmaq istəyirəm ki, Yunanıstan üçün qoşun göndərməkdən söhbət gedə bilməz”, – Gerapetritis deyib.

Qeyd edək ki, Fransa Prezidenti Makron Ukraynaya Avropa qoşunlarının göndərilə biləcəyini istisna etməyib. Avropa ölkələrinin əksəriyyəti, o cümlədən Fransa XİN başçısı Sejurne isə belə bir niyyət olmadığını açıqlayıb.

Teqlər: