Yunanıstan türk F-16-larına qarşı S-300-lərdən istifadə etdi

Yunanıstan türk F-16-larına qarşı S-300-lərdən istifadə etdi

Yunanıstanın kəşfiyyat missiyasını yerinə yetirən Türkiyə təyyarələrinə qarşı S-300 hava hücumundan müdafiə sistemlərini işə salıb.

AzerTimes xəbər verir ki, bu barədə “CNN Türk” telekanalı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

“Milli Müdafiə Nazirliyindəki mənbələrdən alınan məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına aid F-16-ların avqust ayında Egey və Şərqi Aralıq dənizində beynəlxalq hava məkanında uçuşları zamanı müttəfiqlik ruhuna uyğun gəlməyən böyük bir insident yaşanıb. Türkiyə təyyarələri Krit adasında yerləşdirilən S-300 hava hücumundan müdafiə sistemlərinin hücumuna məruz qalıb. S-300 hədəf izləmə və raket yönləndirmə radarı Rodo adasının 10 min fut qərbində kəşfiyyat missiyası aparan F-16 qırıcısında yer-hava tipli raket aşkarlayıb. Buna baxmayaraq, pilotlar öz planlı tapşırıqlarını yerinə yetirib və sağ-salamat öz bazalarına qayıdıblar”, – kanal bildirib.

Teqlər: