Yunanıstan sərhədlərini əfqan mühacir axınlarından qoruyacaq

Yunanıstan sərhədlərini Əfqanıstandan mühacir axınlarından qoruyacaq.

AzerTimes-ın məlumatına görə, bunu Yunanıstanın Vətəndaşların müdafiəsi işləri üzrə naziri Mixalis Xrisoxoidis bildirib.

Nazir qeyd edib ki, bu gün Yunanıstanın Silahlı Qüvvələrinin zabitlərinə və polisə sərhədlərin miqrasiya axınından qorunması üçün tapşırıq verilib.

Onun sözlərinə görə, Əfqanıstan böhranı geosiyasi sahədə yeni vəziyyətə gətirib çıxarır və eyni zamanda miqrasiya axını üçün imkanlar yaradır: “Biz bir Avropa ölkəsi olaraq Avropa İttifaqı institutlarına qatılırıq və bu çərçivədə bir sıra qərarlar qəbul edirik, lakin mümkün nəticələri passiv şəkildə gözləyə bilmərik”.