Yunanıstan Sahil Mühafizəsi Paros adası sahillərində 57 miqrantı xilas edib

Yunanıstan Sahil Mühafizəsi Paros adası yaxınlığında dənizdə 57 miqrantı xilas edib. Həlak olan 2 nəfərin cəsədi tapılıb, batmış yelkənli qayıqda olan daha 21 nəfərin axtarışı davam edir.

AzerTimes-ın məlumatına görə, bu barədə Afina Makedoniya Xəbər Agentliyi (AMNA) xəbər verib.

Məlumata əsasən, Sahil Mühafizəsinin axtarış-xilasetmə əməliyyatı Paros yaxınlığında yelkənli qayığın aşaraq batdığını bildirən miqrantların təcili yardım nömrəsinə zəng etdikdən sonra başlayıb.


Qayıqda 80-ə yaxın miqrant olub. Onların hamısı suya düşüb.