BMT Baş Assambleyası təşkilatın 2022-ci il büdcəsini təsdiqləyib

BMT Baş Assambleyası təşkilatın gələn il üçün 3,12 milyard dollar məbləğində büdcəsini təsdiqləyib.

AzerTimes-ın məlumatına görə, BMT-nin mətbuat xidməti xəbər verib.

Məlumatda qeyd olunub: “Cümə günü səhər tezdən 76-cı sessiyanın əsas hissəsini başa vurduqdan sonra Baş Assambleya əsas komitələr tərəfindən təqdim olunan çoxlu sayda qətnamə və qərar layihələrini, o cümlədən 2022-ci il büdcəsinin 3,12 milyard dollar məbləğində təsdiq edilməsi tövsiyəni qəbul edib”.

İclas barədə tam hesabat dekabrın 27-də dərc olunacaq.