Yunanıstan məşhur PKK düşərgəsini bağlayır

Yunanıstan məşhur PKK düşərgəsini bağlayır

Yunanıstan Afinanın cənub-şərqində yerləşən “Lavrion” düşərgəsini bağlayacaq.

AzerTimes xəbər verir ki, bu haqda ölkənin “Kathimerini” qəzeti məlumat yayıb.

Məlumata görə, düşərgədəki binaların qəzalı vəziyyətdə olduğu üçün oradakı insanlar başqa ərazilərə köçürüləcək.

Qeyd edək ki, “Lavrion” PKK terrorçularının sığınacağı kimi tanınır və Türkiyə Yunanıstandan dəfələrlə buranı bağlamağı tələb edib.

Teqlər: