Yunanıstanda fəaliyyət göstərən “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun müəllifliyi ilə “karfitsa.gr” informasiya portalında Azərbycanın multikultural dəyərlərindən bəhs edən məqalə yerləşdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” adlandırılması ilə əlaqədar Sərəncam verdiyi, həmin ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirildiyi, hazırda isə paytaxtımızda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyət göstərdiyi nəzərə çatdırılıb.
Qeyd edilib ki, Azərbaycan xalqı əsrlər boyu multikulturalizm xüsusiyyətlərinə malik olub. Azərbaycan dünyəvi dövlətdir, qədim dövrlərdən müxtəlif dinlərin və dini hərəkatların qarşılaşdığı, sülh və rahatlıq içində mövcud olduğu məkandır. Burada mültikulturalizm dəyərinin təkcə dini, musiqini və mədəniyyəti deyil, həm də siyasəti, iqtisadiyyatı, dövlət idarəetməsini, ictimai həyatı, elm və sair sahələri əhatə etdiyi, Azərbaycan poeziyasında müxtəlif dinlərin müqəddəslərinə, müxtəlif xalqların alimlərinə, filosoflarına, nasir və şairlərinə dərin hörmətin əks olunduğu vurğulanıb.
“Əsrlər boyu müxtəlif dinlərin və millətlərin icmaları Azərbaycanda bir ailə kimi yaşayıb. Azərbaycan tolerantlıq və mültikulturalizm nümunəsi kimi bütün dünyaya örnəkdir” – deyə müəllif əlavə edib.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: