Xəbər - Ləman Zeynalova – Trend:
Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi çərçivəsində qaynaq işləri başa çatmaq üzrədir.
Bu barədə Trend-ə ICGB AD layihə şirkətindən bildiriblər.
“Layihə çərçivəsində tikinti işləri sabit tempdə davam edir. Qaynaq işləri təxminən 96 faiz icra olunub. Avtomatik qaynaq başa çatıb. Əllə və hibrid qaynaq boru kəmərinin 7 kiometrədək hissəsində həyata keçirilib. Bu ayın sonunadək bütün marşrut boyunca tranşeyaların qazılması başa çatıdırılacaq. Boru kəməri üçün keçidlərin böyük əksəriyyətinin tikintisi başa çatıb. Bu, 182 kilometrlik marşrut boyunca avtomobil keçidləri, dəmir yolları və digər mövcud infrastrukturdur”, – deyə şirkətdən bildiriblər.
Bundan əlavə, qeyd olunub ki, yaxın həftələrdə IGB-nin hidravlik sınaqları başlayacaq. Hazırda işlər təkcə boru kəmərinin xətti hissəsində deyil, yerüstü qurğular və dispetçer mərkəzində də davam edir.
“Yunanıstanda hidravlik sınaqlar davam edir, boru kəmərinin ilk üç sahəsində işlər uğurla başa çatıb. Sınaqların yaxın həftələrdə Bolqarıstanda başlanması gözlənilir”, – şirkətdən bildiriblər.
(Tərcümə: Orxan Nəbiyev)
Twitter: @Lyaman_Zeyn