Yunanıstan xarici işlər naziri Nikolas Dendias növbəti dəfə provokativ açıqlama verərək ölkəsinin ərazi sularını genişlətmək niyyətində olduqlarını açıqlayıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Yunan nazir milli mənafelərinə uyğun görüldüyü halda bu dəyişikliyin baş tutacağını bildirib.
Dendias qardaş ölkə – Türkiyənin ünvanına skandal ifadələr işlədərək rəsmi Ankaranı “təcavüzkarlıqda” və “manipulyasiyada” ittiham edib.
O, həmçinin Türkiyə və Yunanıstan arasında dialoq qurmağın mümkünsüzlüyünü da vurğulayıb.
Qeyd edək ki, yunan nazirin təkrarlanan təxribatçı açıqlamalarına cavab olaraq Türkiyə milli müdafiə naziri Hulusi Akar “Oturun, oturduğunuz yerdə!” cavabını vermişdi.