Yuliya Navalnayanın X səhifəsi bloklandı – Şok

Yuliya Navalnayanın X səhifəsi bloklandı – Şok

X sosial şəbəkəsi Aleksey Navalnının həyat yoldaşı Yuliyanın hesabını bloklayıb.

AzerTimes xəbər verir ki, bu barədə “Meduza” məlumat yayıb.

Qeyd edilib ki, Aleksey Navalnının həyat yoldaşı fevralın 19-da X-də qeydiyyatdan keçib. Qısa müddətdə onun səhifəsinə 90 mindən çox insan abunə olub.

Aleksey Navalnının mübarizə yolunu davam etdirmək istəyən Navalnayanın X səhifəsinin niyə bloklandığı barədə açıqlama yoxdur.

Qeyd edək ki, rusiyalı müxalif siyasətçi 47 yaşlı Aleksey Navalnı 16 fevralda cəzaçəkmə müəssisəsində qəflətən vəfat edib. Onun ölüm səbəbi araşdırılır.

Teqlər: