Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyevanın rəhbərlik etdiyi mentorluq proqramı
çərçivəsində Ombudsman Aparatında “Yüksəliş” müsabiqəsinin qalibi
Ləman Qafarzadə və tələbə-gənclər arasında görüş təşkil olunub.
Görüşdə təsisatda istehsalat təcrübəsi keçən Bakı Dövlət
Universitetinin (BDU) Hüquq fakültəsinin, Azərbaycan Dillər
Universitetinin (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq
fakültəsinin, habelə Qərbi Kaspi Universitetinin (QKU) Politologiya
və Regionşünaslıq ixtisaslarının tələbələri iştirak ediblər.
İnteraktiv təlim metodu ilə keçirilən görüş zamanı əvvəlcə
“Yüksəliş” müsabiqəsinin informasiya xarakterli videoçarxı nümayiş
olunub. Daha sonra L. Qafarzadə tələbələrə təhsili, karyerası,
həmçinin müsabiqə çərçivəsində Ombudsman Səbinə Əliyevanın
rəhbərliyi altında həyata keçirdiyi əlilliyi olan şəxslərin
hüquqlarına dair layihə barədə məlumat verib.
Bundan əlavə, görüş zamanı tələbələrin sualları cavablandırılıb,
onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə yönəlmiş
tövsiyələr verilib.
Yekunda Ombudsman Səbinə Əliyevanın bu il keçirilən “Yüksəliş”
müsabiqəsi ilə bağlı video formatda çağırışı nümayiş etdirilib.