“Efes-2022” çoxmillətli təlimində növbəti mərhələnin tapşırıqları icra olunub (FOTO/VİDEO)

Türkiyə Respublikasının İzmir şəhərində keçirilən “Efes-2022”
çoxmillətli təlimi davam edir.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, beynəlxalq təlimin planına əsasən hərbi
qulluqçular tapançadan, müxtəlif çaplı atıcı silahlardan və
pulemyotlardan praktiki atışlar yerinə yetiriblər.

Bundan başqa yaralanan hərbi qulluqçuya ilkin tibbi yardımın
göstərilməsi və onun təhlükəsiz şəkildə təxliyə olunması, eləcə də
axtarış-xilasetmə əməliyyatları üzrə tapşırıqlar uğurla icra
olunub.

Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz
Qüvvələrinin hərbi qulluqçularının cəlb olunduğu beynəlxalq təlim
iyunun 9-dək davam edəcək.

Teqlər: