Yüksək Texnologiyalar Parkına baş direktor təyin edilib

Xəbər - İlhamə İsabalayeva – Trend:

AMEA Yüksək Texnologiyalar Parkının baş direktoru vəzifəsinə texnika elmləri doktru, professor Əbülfəz Babayev təyin edilib.

AzerTimes-ın məlumatına görə, AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyev baş direktoru kollektivə təqdim edib.


Qeyd edək ki, Əbülfəz Babayev ABŞ Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq Mühəndislər Akademiyasının həqiqi üzvü, eləcə də Azərbaycan Mühəndislər Akademiyasının həqiqi üzvüdür. Alim 329 elmi əsər, 105 elmi ixtira və patent, 10 dərslik, 8 metodik vəsait və 2 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında 6 fəlsəfə doktoru, 1 elmlər doktoru dissertasiyası yerinə yetirilib.

Teqlər: