Yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili qaydası təsdiqlənib

Nazirlər Kabineti “Peşə təhsili müəssisələrində yüksək texniki
peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili
Qaydası”nı təsdiqləyib.

Trend xəbər verir ki, müvafiq qərarı baş nazir Əli Əsədov
imzalayıb.


Sənədə əsasən, “Peşə təhsili müəssisələrində yüksək texniki peşə
təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili
Qaydası”nın təsdiq edilməsi haqqında Təhsil haqqında” Qanunda
dəyişiklik edilməsi barədə” Qanunun tətbiqi və “Təhsil haqqında”
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2009-cu
il 5 sentyabr tarixli Fərmanında dəyişiklik edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 noyabr tarixli
Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə “Peşə
təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə
tədrisin kredit sistemi ilə təşkili Qaydası” təsdiq olunub.

Teqlər: