Yük qatarı avtomobillə toqquşdu: maşinistlər öldü

Yük qatarı avtomobillə toqquşdu: maşinistlər öldü

Avstraliyada yük maşını ilə yük qatarı toqquşub.

AzerTimes xəbər verir ki, bu barədə “Sydney Morning Herald” qəzeti məlumat yayıb.

“Lokomotivin relsdən çıxması nəticəsində iki maşinist ölüb” , – məlumatda bildirilib.

Qəzetin polisə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində lokomotiv alovlanıb və bir neçə vaqon relsdən çıxıb və magistral yolu tamamilə bağlayıb.

Teqlər: