Türkiyədə Yeni il gecəsi əməliyyat: 121 nəfər saxlanıldı

Türkiyədə Yeni il gecəsi əməliyyat: 121 nəfər saxlanıldı

Türkiyədə Yeni il gecəsi Ankara, İstanbul və İzmirdə qeyri-qanuni mühacirlərə qarşı keçirilən “Qalxan-6” əməliyyatı və yoxlamalar zamanı 121 qeyri-qanuni mühacir tutulub.

AzerTimes TRT Haber-ə istinadən xəbər verir ki, səyyar immiqrasiya məntəqələrində 5 min 179 nəfər yoxlanılıb.

İstanbulda 20 stasionar və 32 mobil olmaqla 52 Mobil Miqrasiya Nöqtəsində 156 mütəxəssis çalışıb. Bağcılar, Bakırköy, Beşiktaş, Beyoğlu, Əsənyurd, Fateh, Kadıköy, Şişli və Ümraniyə rayonlarında sosial sahələr, meydanlar, parklar, metaro və metrobüs çıxışlarında yoxlamalar aparılıb.

Teqlər: