Yük konteyneri ölçüsündə AES inşa ediləcək

Yük konteyneri ölçüsündə AES inşa ediləcək

Avstriyanın Ştiriya federal əyalətində yerləşən Emerald Horizon şirkəti “Made in Austria“ brendi ilə yük konteynerləri ölçüsündə atom elektrik stansiyaları inşa etməyə hazırlaşır.

AzerTimes xəbər verir ki, şirkət sloveniyalı mütəxəssislərlə birlikdə hazırda torium elementinə əsaslanan texnologiya üzərində iş aparır. Şirkətin rəhbəri Florian Vaqnerin sözlərinə görə, təbiətdə urandan üç dəfə çox rastlanan torium elementi qızdırılmış və bununla da ərimiş duz halında enerji əldə edilməsində istifadə ediləcək. Torium kiçik reaktorlarda hissəcik sürətləndirici tərəfindən neytronlarla bombardman edildikdə Uran 233 radioaktiv nuklid əldə olunacaq və onun parçalanması baş verəcək. Nüvə parçalanması zamanı yaranmış istilik isə enerjiyə çevriləcəkdir.

F.Vaqner mətbuat konfransında bildirib ki, zəncirvari reaksiyalar nəticəsində parçalanan ənənəvi urandan fərqli olaraq torium texnologiyası təhlükəsizdir və nüvə sızmaları baş verə bilməz.

Avstriya şirkəti digər tərəfdaşlarla birlikdə ilk reaktorun prototipi üzərində iş aparır və kiçik reaktor modulları yük konteynerləri böyüklükdə hazırlanacaqdır. 250 milyon avroluq kapital toplamağa çalışan komanda satış bazarı kimi qonşu ölkələri nəzərdən keçirir.

Teqlər: