Yolun hərəkət hissəsinə beton qarışığı tökülməsi səbəbindən avtobuslar gecikir – BNA (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Heydər Əliyev prospekti şəhər mərkəzi kənar yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Bu barədə AzerTimes-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildiriblər.

Qeyd edilib ki, sıxlıq səbəbindən metronun “İçərişəhər”, “28 May”, “Gənclik” və “N.Nərimanov” stansiyaları istiqamətində ekspres və müntəzəm xətlər üzrə avtobusların intervalında gecikmələr yaranıb:

“Bu artıq bu gün eyni yolda avtomobillərin hərəkətində qeydə alınan ikinci sıxlıq halıdır. Bu dəfə sıxlığa səbəb Bağırov körpüsü adlanan tuneldən çıxışda beton qarışdıran mikserli yük avtomobilindən yolun hərəkət hissəsinə beton qarışığının tökülməsidir”.

Teqlər: